Pakistan Əfqanıstanda 22 terrorçunu məhv etdiyini bildirib Gündəm

Pakistan Əfqanıstanda 22 terrorçunu məhv etdiyini bildirib

Pakistan Hərbi Hava Qüvvələri Əfqanıstandakı mövqelərə endirilən zərbələr nəticəsində 22 terrorçunu zərərsizləşdirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikasının İnformasiya və Teleradio Yayımları Nazirliyi məlumat yayıb.

"Etibarlı kəşfiyyat məlumatları əsasında Əfqanıstanın iki rayonunda "Fitnə əl-Xavaric", "Fitnə əl-Hindustan" qruplaşmalarının və əlaqəli birləşmələrin düşərgələrinə və sığınacaqlarına dəqiq zərbələr endirilib", - deyə qurumun "X" səhifəsindəki paylaşımda bildirilir. Bütün hədəflərin vurulduğu, böyük miqdarda silah və sursatın məhv edildiyi qeyd olunur.

Məryəm Quliyeva