"ADEX 2026"da MSN-in istehsalı olan 130 adda məhsul nümayiş olunur Hadisə

"ADEX 2026"da MSN-in istehsalı olan 130 adda məhsul nümayiş olunur

"ADEX 2026"da Bakı Expo Mərkəzinin IV pavilyonunda Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan 130 adda məhsul nümayiş olunur.

APA xəbər verir ki, bunu MSN-nin Aparat rəhbəri Samir Ağababayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ADEX-2026-da 53 ölkədən 280 şirkət və 59 xarici şirkətin nümayəndə heyəti iştirak edir.

“Nümayiş olunanan silahların içərisində kamikadze insansız quru robotu, silahlı quru robot və təkərli imsansız quru robotu yeni məhsullardır. Azərbaycan və Türkiyənin birgə istehsal etdiyi zərbə PUA-sı da sərgidə ilk dəfə nümayiş olunur. Kamikadze tipli dronun uzunluğu 3.5 metr, qanadınlın uzunluğu 3.2 metr, uçuş saatı isə 2 saatdır”,- nazirlik rəsmisi deyib.