“ADEX-2026”-da TDT müdafiə sənayesi qurumları rəhbərlərinin iclası keçirilib
Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı açıqlanıb
Türkiyənin hərbi rəhbərliyi Şuşada təlimdə sursat və texnikalara baxış keçirib - FOTO
ABŞ missiya başa çatdıqdan sonra İraqa zərbələr endirilməsini istisna etmir
Gürcüstan Azərbaycanla sərhədlərin delimitasiyası prosesini davam etdirməyi planlaşdırır
12:15
441
“Müdafiə sənayesinin inkişafı, müdafiə sənayesi məhsullarının satışı və ixracı üçün ən önəmli yerlərdən biri müharibələrdir, amma digər önəmlisi və sivil yeri isə sərgilərdir. Hesab edirəm ki, ADEX Azərbaycan müdafiə sənayesi üçün çox önəmli bir sərgidir”.
Bu fikirləri xalqcebhesi.az-a hərbi ekspert Səxavət Məmməd deyib.
S.Məmmədin sözlərinə görə, müdafiə sənayesi sərgisi əvvəllər Qazaxıstanda da keçirilirdi, ancaq Qazaxıstandakı sərgini artıq dayandırdılar: “Həmçinin Rusiyada keçirilirdi. Lakin sanksiyalara görə Rusiyaya bir çox ölkələr getmir və eyni zamanda Avropadakı sərgiyə də Rusiya, İran və bəzi ölkələr getmir. Bu zaman ən uyğun variant, ən uğurlu yer Azərbaycan olduğuna görə bura bütün ölkələr gəlir. Sərgidə Azərbaycan öz silahlarını həm Qərb ölkələri üçün, həm digər ölkələr üçün təqdim edə bilir. Ümumiyyətlə, hər sərgilərdən sonra müqavilələrin bağlanması ilə bağlı iddialar ortaya çıxır. Azərbaycan digər ölkələrlə, eləcə də digər ölkələr Azərbaycan Müdafiə Nazirliyi ilə müdafiə sənayesi sahəsində görüşlər həyata keçirirlər. Hesab edirəm ki, bu, çox uğurlu bir variantdır və bu varitanı davam etdirmək lazımdır”.
Röya İsrafilova