12:50
574
Səudiyyə Ərəbistanı Təl-Əvivin sentyabrın 30-da təcili eniş etmiş "Flydubai" reysinin sərnişinlərini təxliyə etmək üçün Tabuk hava limanına giriş sorğularını rədd edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) məlumat yayıb.
"İsrail iki və ya üç hərbi təyyarənin birbaşa Tabuk hava limanına enməsinə icazə verilməsini xahiş edib. Bu xahiş rədd edilib. Daha sonra onlar mülki kommersiya təyyarəsinin qəbul edilməsini xahiş ediblər. Bu təklif də rədd cavabı alıb", - deyə vəziyyətlə tanış olan mənbə agentliyə bildirib.
Məryəm Quliyeva