İraq qonşu ölkələrə hücum üçün öz ərazisindən istifadəyə icazə verməyəcək Gündəm

İraq qonşu ölkələrə hücum üçün öz ərazisindən istifadəyə icazə verməyəcək

Bağdad İraq ərazisindən və hava məkanından qonşu ölkələrin təhlükəsizliyini təhdid edən hər hansı fəaliyyət üçün istifadə olunmasına icazə verməmək öhdəliyini götürür.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə cümə axşamı İraqın Baş naziri Əli əl-Zeydi bəyan edib.

"İraq hökuməti İraq ərazisinin və hava məkanının qonşu ölkələrin təhlükəsizliyini təhdid edən hər hansı fəaliyyət üçün baza və ya tranzit marşrutu kimi istifadə edilməsinin qarşısını almaq vəzifəsinə konstitusiya səviyyəsində sadiq olduğunu təsdiqləyir", - deyə "Al Jazeera" telekanalı Baş nazirin sözlərini sitat gətirir.

Bununla yanaşı, əl-Zeydi bildirib ki, hökumət "konstitusiyaya uyğun olaraq ölkə ərazisində fəaliyyət göstərən bütün qeyri-iraqlı silahlı qruplaşmaların tam tərksilah edilməsinə nail olacaq". Onun sözlərinə görə, bu proses 2027-ci il iyunun 30-dək başa çatmalıdır.

Məryəm Quliyeva