13:01
364
Regional və qlobal əhəmiyyətli layihələrin reallaşdırılması üçün Azərbaycan və Türkiyə ilə strateji tərəfdaşlıq çərçivəsində çoxtərəfli əməkdaşlıq davam etdiriləcək.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın 2027-ci il üzrə dövlət büdcəsi haqqında qanun layihəsində bildirilib.
Qeyd olunub ki, Gürcüstan-Azərbaycan-Türkiyə üçtərəfli əməkdaşlıq platforması sahəvi nazirliklər arasında fəal qarşılıqlı əlaqəni təmin edən əsas regional format olaraq qalacaq. Ermənistanla strateji tərəfdaşlıq çərçivəsində fəal əməkdaşlığın davam etdiriləcəyi də vurğulanıb.
Sənəddə Cənubi Qafqaz ölkələri arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişafı və Azərbaycan, Türkiyə və Ermənistanla strateji tərəfdaşlığın dərinləşdirilməsi Gürcüstanın xarici siyasətinin əsas prioritetləri arasında yer alıb.
Qanun layihəsində həmçinin bildirilib ki, Gürcüstan ilə Azərbaycan və Ermənistan arasında dövlət sərhədlərinin delimitasiyası prosesinin bərpası və yaxud davam etdirilməsi planlaşdırılır.