11:10
364
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi bu gündən fəaliyyətə başlayıb.
“APA-Economics” xəbər verir ki, Agentlik Prezident İlham Əliyevin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində olan “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi” və “Azərbaycan Respublikası İnvestisiyaların və İxracın Təşviqi Agentliyi - AZPROMO” publik hüquqi şəxslərinin əsasında yaradılıb.
Agentlik mikro, kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, qeyri-neft (qaz) sektoru üzrə investisiyaların və ixracın təşviqi, sahibkarların maraqlarının qorunmasında iştirak, habelə bu sahədə dövlət qurumları ilə sahibkarların xidmətlərinin əlaqələndirilməsi istiqamətində fəaliyyət göstərəcək.
Agentliyin işçilərinin ümumi say həddi 370 ştat vahidi müəyyən edilib. Bunun 291 ştat vahidi Agentliyin Aparatının, 79 ştat vahidi isə regional bölmələrin payına düşür.
10:54
448
10:51
413
10:32
448