ABŞ missiya başa çatdıqdan sonra İraqa zərbələr endirilməsini istisna etmir Gündəm

ABŞ missiya başa çatdıqdan sonra İraqa zərbələr endirilməsini istisna etmir

Amerikalı hərbçilər "Sarsılmaz qətiyyət" əməliyyatı başa çatdıqdan sonra da İraq ərazisinə zərbələr endirilməsini istisna etmirlər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti amerikalı rəsmiyə istinadən məlumat yayıb.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, missiya Suriya ərazisindəki döyüşçülərlə mübarizə aparmaq üçün İordaniyaya köçürüləcək. Rəsmi şəxs qeyd edib ki, amerikalı hərbçilər və ya Vaşinqtonun maraqları üçün təhlükə yaranacağı təqdirdə ABŞ oradan İraqa zərbələr endirə biləcək.

Məryəm Quliyeva