Litvada "Leopard 2A8" tank zavodunun tikintisi başlayıb Gündəm

Litvada "Leopard 2A8" tank zavodunun tikintisi başlayıb

Cümə axşamı Litvanın Kaunas rayonunda "Leopard 2A8" tanklarının yığılması və təmiri zavodunun tikintisinin başlanması münasibətilə mərasim keçirilir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "LRT" məlumat yayıb.

13 min kvadratmetr sahəsi olan zavodda Litva Silahlı Qüvvələrinin ən müasir "Leopard 2A8" tankları və digər ağır texnikaları yığılacaq və onlara xidmət göstəriləcək.

Zavodun tikintisi ilə "YIT Lietuva" şirkəti məşğul olur. İşlərin 2027-ci ilin noyabrında başa çatdırılması planlaşdırılır. Litvada yığılan ilk tankın 2028-ci ilin sonunda hazır olacağı gözlənilir.

Litva Müdafiə Xidmətləri zavoda təxminən 50 milyon avro sərmayə qoymağı planlaşdırır ki, bunun da 29 milyonu layihələndirmə və tikintiyə yönəldiləcək.

Məryəm Quliyeva