Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər
Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
“Revanşist düşüncə ilə anlayacağı dildə danışılmalıdır”-Əli Zülfüqaroğlu
Fransada Makronun "nüvə çətiri" ideyası kəskin tənqid olunub
Misir və Səudiyyə Ərəbistanı Hörmüz boğazında gəmiçilik azadlığını dəstəkləyib
14 İyun 2023 13:49
4 613
Mərkəzi Bank maliyyə sektorunda sahə üzrə CERT-lərin (Computer Emergency Response Team) formalaşmasına çalışır.
Trend çərşənbə günü xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İnformasiya və kibertəhlükəsizlik şöbəsinin rəisi Elvin Şahverdiyev Bakıda keçirilən "FİNTEX SAMMİT 2023” maliyyə və texnologiyalar sərgisində deyib.
O qeyd edib ki, AMB-nin ötən ay qəbul etdiyi "Maliyyə bazarları üzrə kibertəhlükəsizlik strategiyası"nda sadalanan tələblər bir sıra tədbirlərin görülməsini nəzərdə tutur.
"Bu tədbirlərdən bir çoxu yerinə yetirilməli strateji məqsədlərdir. Məsələn, 2023-2024-cü illər üzrə məqsəd maliyyə yetkinliyi səviyyəsinin qiymətləndirilməsindən ibarətdir. 2023-2026-cı illərdə isə hədəf maliyyə bazarları üzrə CERT-in (kompüter insidentləri ilə mübarizə mərkəzinin) formalaşması nəzərdə tutulub. Söhbət əsasən sahə üzrə CERT-lərin formalaşmasından gedir. Misal üçün, Sinqapurun təcrübəsini götürək: ölkədə hər bir maliyyə resursunda milli CERT-in olmasına baxmayaraq, resurslardan hər biri özünün sahə üzrə CERT-ini formalaşdırıb. Biz bu təcrübəni mənimsəmək istəyirik. Azərbaycanda bir neçə milli CERT fəaliyyət göstərir və Mərkəzi Bank olaraq biz maliyyə sektorunda sahə üzrə CERT-lərin formalaşmasına və milli CERT-lərlə sıx əməkdaşlığa can atırıq", - deyə E.Şahverdiyev əlavə edib.
15:45
665
12:11
721
12:10
672