İranın İsrailə hücumu nəticəsində 15 nəfər yaralanıb
22 Mart 17:28
22 Mart 17:28
22 Mart 16:58
22 Mart 10:56
21 İyun 2023 12:16
4 186
Azərbaycan Respublikası Mərkəzi Bankı (AMB) pul siyasəti ilə bağlı növbəti qərarlarını da daxili və xarici inflyasiya risklərini, faktiki və gözlənilən inflyasiyanın hədəfdən yayınma dərəcəsini nəzərə almaqla qəbul edəcək.
Trend bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
"Mərkəzi Bank bundan sonra da inflyasiya amillərinin dərin təhlilini davam etdirəcək, monetar şərait vasitəsilə inflyasiyanı hədəf çərçivəsinə qaytarmaq üçün sərəncamındakı bütün alətlərdən adekvat istifadə edəcəkdir. İnflyasiya təzyiqlərinin davamlı səngiməsi halında pul siyasətinin sərtləşdirilməsində ən azı cari ilin sentyabrınadək pauza götürülməsi, sonrakı mərhələlərdə isə onun yumşaldılması imkanları nəzərdən keçiriləcəkdir", - Mərkəzi Bankın məlumatında deyilir.
Qeyd edək ki, iyunun 21-də Mərkəzi Bank uçot dərəcəsini 9% səviyyəsində dəyişməz saxlayıb.
Məlumata əsasən, faiz dəhlizinin yuxarı və aşağı hədləri də müvafiq olaraq 10% və 7.5% səviyyəsində dəyişməz qalıb.
19 Mart 17:53
4 501
19 Mart 16:15
2 800
19 Mart 13:47
3 010