25 İyul 17:20
12 Mart 2024 13:42
3 934
Azərbaycanın Qazaxıstanla iqtisadi-ticari əlaqələri tədricən formalaşır. Bu iqtisadi münasibətlər hər il artan templə inkişaf edir.
Bunu Trend-ə açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.
Onun sözlərinə görə, ölkələr arasında nəqliyyat, kənd təsərrüfatında, ixrac-idxal potensialındakı sıx əməkdaşlıq ilə bağlı məsələlər xüsusi yer tutur.
"Bundan əlavə Qazaxıstanla tərəfdaşlıq Azərbaycana Mərkəzi Asiya və türk dünyasına daha geniş çıxış imkanı verir. Azərbaycan və Qazaxıstan geniş iqtisadi potensiala malik ölkələrdir. İki hökumət nəqliyyat, enerji və digər layihələr vasitəsilə regional əməkdaşlığı möhkəmləndirmək üçün mühüm işlər görürlər. Qazaxıstan son 30 ildə çox inkişaf edib. Qazaxıstanın Avropa və Qərb dövlətləri ilə əlaqələri, enerji layihələri əsas Rusiya üzərindən qurulurdu. Qərblə Rusiyanın münasibətlərinin pisləşməsi Qazaxıstanı alternativlər axtarmağa vadar etdi", - o deyib.
Ekspert qeyd edib ki, son illər Qazaxıstan məhsullarının Azərbaycan üzərindən tranziti artıb.
"Qazaxıstanla ölkəmiz ilkin mərhələdə onların neftinin Bakı-Tiflisi-Ceyhan üzərindən Avropaya çıxarılması ilə bağlı 2022-2023 -cü illərdə əməkdaşlıq başlanılıb. Qazaxıstan neftinin ilk partiyası ötən il Ceyhan limanından yola salınıb. Qazaxıstan neftinin Azərbaycan ərazisindən ixracı ilə əlaqədar imkanların g
25 İyul 17:10
833
25 İyul 17:09
875
25 İyul 17:07
826