İranın Azərbaycana qeyri-neft məhsul ixracı açıqlandı İqtisadiyyat

İranın Azərbaycana qeyri-neft məhsul ixracı açıqlandı

Ötən İran ilində (21 mart 2023 -19 mart 2024) İranın Azərbaycana qeyri-neft məhsul ixracı 624 milyon dollar dəyərində 776 min ton təşkil edib.

Bu barədə Trend İranın Gömrük Administrasiyasının statistikasına istinadən məlumat verib.

Statistikaya əsasən, öncəki İran ilində İranın Azərbaycana qeyri-neft məhsul ixracı öncəki illə (21 mart 2022 -20 mart 2023) müqayisədə dəyər baxımından 4,6% azalıb, çəki baxımından 1,4% artıb.

Statistikada əlavə olunur ki, ötən ilin analoji dövründə İranın Azərbaycana qeyri-neft məhsul ixracı 654 milyon dəyərində 765 min ton təşkil edib.

Statistikada deyilir ki, İran Azərbaycana əsasən kənd təsərrüfatı və ərzaq məhsullar, sənaye məhsulları, neft-kimya və kimyəvi məhsullar ixrac edib.

Statistikada qeyd olunur ki, ötən İran ilinin 12-ci ayında (20 fevral -19 mart 2024) İranın Azərbaycana qeyri-neft məhsul ixracı 64 milyon dollar dəyərində təxminən 68,1 min ton təşkil edib.

Qeyd edək ki, İranın Gömrük Administrasiyasının statistikasına əsasən, ötən İran ilində İranın qeyri-neft məhsul ixracı 49,3 milyard dollar dəyərində 136 milyon tondan çox təşkil edib. İranın qeyri-neft məhsul ixracı öncəki illə müqayisədə dəyər baxımından 8,87% azalıb, çəki baxımından 9,82% artıb.