Azərbaycan vasitəsilə Avropaya elektrik enerjisinin ixracı üzrə layihə hazırlanacaq İqtisadiyyat

Azərbaycan vasitəsilə Avropaya elektrik enerjisinin ixracı üzrə layihə hazırlanacaq

Azərbaycan ərazisi vasitəsilə Mərkəzi Asiya ölkələrindən Avropaya elektrik enerjisinin ixracı imkanları üzrə texniki-iqtisadi əsaslandırılmanın hazırlanmasına bu il ərzində başlanılacaq.

Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında energetika nazirinin müavini Elnur Soltanov deyib.

O qeyd edib ki, layihə çərçivəsində qeyd olunan işlərin həyata keçirilməsi üçün şirkətin cəlb olunması üzrə texniki şərt artıq hazırdır.

Xəbər yenilənəcək