Kriptovalyuta bazarının son göstəriciləri İqtisadiyyat

Kriptovalyuta bazarının son göstəriciləri

Mayın 16-da kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti cüzi artıb.

"APA-Economics" xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 10:30-da “CoinMarketCap” platformasında 1.49% bahalaşaraq 103 919 ABŞ dolları təşkil edib.

Son bir gündə "Ethereum"un qiymətində də artım müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 1.05% artaraq 2595 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 3.05% ucuzlaşıb, BNB isə 1.25% bahalaşıb.Qeyd edək ki, "Bitcoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.