

3 Sentyabr 23:45
3 Sentyabr 23:34
3 Sentyabr 23:28
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Azərbaycanda ötən il dövriyyədə olan kağız və metal pullar 130 milyon 896 min manat artıb.
Bu barədə “APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
31 dekabr 2024-cü il tarixində tamamlanan il ərzində Azərbaycan Mərkəzi Bankı (AMB) çap şirkətlərindən 84 milyon 140 min manat məbləğində yeni kağız və metal pul nişanları təhvil alıb. Əvvəlki ildə bu göstəricinin həcmi 550 milyon 960 min manata bərabər idi.
Qeyd edək ki, dövriyyədə olan kağız və metal pullar AMB tərəfindən Azərbaycan Respublikasının milli valyutasında buraxılmış pul nişanlarıdır. Bu, 1 yanvar 2006-cı il tarixindən dövriyyəyə buraxılmış yeni nümunəli Azərbaycan manatı (AZN), 1992-ci ildə milli valyuta tətbiq edildikdən etibarən dövriyyəyə buraxılmış və hazırda tədavüldən çıxarılmış köhnə nümunəli Azərbaycan manatı (AZM) və tədavülə buraxılmış yubiley və xatirə pul nişanlarının nominal dəyərlərinin cəmidir.