11:01
469
Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin təşkilatçılığı ilə 2026-cı ilin tədbirlər planına uyğun olaraq Bakı şəhərinin Səbail rayonunda mülki müdafiə vəziyyətinin kompleks yoxlanılmasının nəticələrinə dair tədbir keçirilib.
FHN-dən verilən xəbərə görə, tədbirdə Nazirliyin aidiyyəti qurumlarının, Bakı Regional Mərkəzinin və Səbail Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, yerli özünüidarəetmə orqanlarının, aidiyyəti rayon xidmətlərinin, təhsil müəssisələrinin və mənzil-kommunal təsərrüfatı təşkilatlarının məsul vəzifəli əməkdaşları iştirak ediblər.
Tədbirdə kompleks yoxlama çərçivəsində görülmüş işlər, əldə olunmuş nəticələr və aşkar edilmiş çatışmazlıqlar barədə məlumat verilib, onların aradan qaldırılması yolları müzakirə edilib.
Yekunda aşkar edilmiş nöqsanların aradan qaldırılması, mülki müdafiə işinin təşkili və yanğın təhlükəsizliyi sahəsində tədbirlərin gücləndirilməsi, həmçinin təbii və texnogen mənşəli digər fövqəladə hallara hazırlıq səviyyəsinin daha da artırılması ilə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib.

