Məkkə sazişi ölkələri regionda deeskalasiya üçün İranda danışıqlar aparacaq Dünya

Məkkə sazişi ölkələri regionda deeskalasiya üçün İranda danışıqlar aparacaq

Məkkə sazişinin iştirakçısı olan ölkələrin (Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan) nümayəndə heyəti regionda gərginliyi azaltmaq, eləcə də Doha və İslamabadın vasitəçilik səylərini dəstəkləmək üçün İran rəhbərliyi ilə danışıqlar aparacaq.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı xarici işlər nazirinin ictimai diplomatiya üzrə müavini Raed Krimli "X" sosial şəbəkəsində bildirib.

"Səfər Məkkə sazişi ölkələrinin mövcud böhrana cəlb olunmuş tərəflər arasında gərginliyin azaldılması, dialoqun və diplomatik həll yollarının təşviq edilməsi istiqamətində davam edən səyləri çərçivəsində baş tutur", - deyə Krimli yazıb.

Onun sözlərinə görə, Səudiyyə nümayəndə heyətinə krallığın müdafiə naziri Xaled bin Salman Al Səud rəhbərlik edir. Görüşlərdə həmçinin Pakistan Müdafiə Qüvvələrinin komandanı Asim Munir və Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın iştirak edirlər. Onların İran Prezidenti Məsud Pezeşkiyan və İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai ilə danışıqlar aparacağı gözlənilir. Nazir müavininin qeyd etdiyi kimi, səfər Qətər və Pakistanın vasitəçilik səylərini dəstəkləməyə yönəlib.

Məryəm Quliyeva