Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin Hadisə

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksional edir.

eSIM fiziki SIM karta ehtiyac olmadan mobil şəbəkəyə qoşulmağa imkan verən rəqəmsal SIM texnologiyasıdır. Nömrə QR kod vasitəsilə birbaşa cihazda aktivləşdirilir və adi SIM kartda olduğu kimi zəng, SMS və mobil internet daxil olmaqla bütün əsas xidmətlərdən istifadə etməyə imkan verir.

eSIM-in əsas üstünlükləri sırasında bir cihazda bir neçə nömrədən istifadə imkanı, sürətli aktivləşdirmə və plastik SIM karta ehtiyacın aradan qalxması yer alır. Bu xüsusiyyətlər istifadəçilərə şəxsi və iş nömrələrini eyni cihazda daha rahat idarə etməyə imkan verir.

Yeni eSIM əldə etmək və ya mövcud Bakcell nömrəsini eSIM-ə keçirmək Bakcell tətbiqi, veb-saytı, eləcə də Müştəri Xidmətləri və rəsmi diler mərkəzləri vasitəsilə mümkündür.

Bakcell haqqında

Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Group-a daxildir.