Zelenski Brüsseldə NATO, Aİ və ABŞ rəsmiləri ilə görüşəcək Dünya

Zelenski Brüsseldə NATO, Aİ və ABŞ rəsmiləri ilə görüşəcək

Oktyabrın 27–28-də Brüsseldə Ukrayna Prezidenti Volodimir Zelenski, NATO-nun Baş katibi Mark Rutte, eləcə də Avropa İttifaqı və ABŞ nümayəndələrinin görüşü planlaşdırılır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə TSN-ə müsahibəsində Zelenskinin özü bildirib.

Onun sözlərinə görə, təhlükəsizlik məsələlərini, Ukrayna üçün zəmanətləri və Rusiya tərəfindən başladılan müharibənin dayandırılması üzrə təşəbbüsləri müzakirə etmək planlaşdırılır.

Prezident xatırladıb ki, keçən həftə Osloda yalnız ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff ilə Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Gar Störenin iştirakı ilə danışıqlar baş tutmayıb, həmçinin daha geniş tərkibdə – Böyük Britaniya, Fransa, İtaliya liderlərinin təhlükəsizlik məsələləri üzrə müşavirləri və Avropa Komissiyasının sədri Ursulya fon der Leyenin aparat rəhbəri Byorn Zaybertin iştirakı ilə də danışıqlar keçirilib.

İndi müvafiq olaraq, Uitkoffdan onun Rusiya prezidenti Vladimir Putinlə Sankt-Peterburqda keçirdiyi danışıqlar haqqında məlumat alındıqdan sonra daha geniş formatda görüş planlaşdırılır.

"Bizim amerikalılardan brifinqimiz oldu və indi onlar artıq sadəcə brifinq deyil, təhlükəsizlik, zəmanətlər, Aİ və iştirak məsələlərini geniş müzakirə etmək istəyirlər. Və bu həftə artıq Brüsseldə görüş keçirmək istəyirlər. Amerikalılar, Ukrayna, Prezident səviyyəsində Aİ və NATO-nun Baş katibi səviyyəsində NATO. Və mən bilmirəm Brüsseldəki bu qrupda daha kiminsə olub-olmayacağını. Və biz belə bir görüşü artıq çərşənbə axşamı və ya çərşənbə gününə planlaşdırırıq", - deyə Zelenski bildirib.

Məryəm Quliyeva