14 İyul 15:25
Slovakiya Prezidenti Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb
Xairici ölkələrdə hərbi təhsil almaq istəyən abituriyentlər üçün "Açıq qapı" günü keçiriləcək
ABŞ Prezidenti: Körfəz ölkələri Hörmüz boğazında ödəniş tətbiqinə qarşı çıxıb
Tramp: ABŞ hərbçilərinin İraqda yerləşdirilməsinə artıq ehtiyac yoxdur
10 İyun 2025 11:42
3 178
SOCAR ilə Almaniyanın SEFE (Securing Energy for Europe) dövlət enerji şirkəti arasında təbii qaz alışı üzrə 10 illik müqavilə imzalanıb.
Bu barədə "APA-Economics"ə SOCAR-dan bildirilib. Sənədə əsasən, qaz həcmləri SOCAR tərəfindən Avropada SEFE-yə təchiz ediləcək.
İllik tədarük həcmi mərhələli şəkildə artırılaraq, 15 TWh-a (terevatt–saat), yəni təxminən 1,5 milyard kubmetrə (bcm) çatdırılacaq.
Bu əməkdaşlıq hasilat və infrastruktur, o cümlədən qaz kompressorları sahəsində investisiyaları dəstəkləməklə, Avropaya daha çox boru xətti qazının çatdırılmasını təmin edəcək və qitənin enerji təhlükəsizliyinə töhfə verəcək.
SEFE-nin baş icraçı direktoru Egbert Laege deyib ki, bu uzunmüddətli müqavilə Almaniya ilə Azərbaycan arasında mövcud olan güclü münasibətlərin bariz nümunəsidir: "Bu tərəfdaşlıq sayəsində Avropaya əhəmiyyətli həcmdə təbii qaz çatdırmaq üçün yeni bir marşrut formalaşdırılır, bu isə bizim portfelimizi şaxələndirməyə və müştərilərimizin enerji təchizatının təhlükəsizliyini artırmağa xidmət edir”.
SOCAR-ın prezidenti Rövşən Nəcəf isə vurğulayıb ki, bu razılaşma SOCAR-ın Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətindəki fəaliyyətində növbəti önəmli mərhələdir: "SEFE-yə etibarlı və iri həcmdə təbii qaz təchiz etməklə biz Azərbaycan ilə Almaniya arasında mövcud tərəfdaşlığı daha da möhkəmləndiririk, Avropanın enerji şaxələndirməsi və dayanıqlı inkişaf hədəflərinə töhfə veririk. SOCAR bundan sonra da infrastruktur və hasilat üzrə layihələrə sərmayə qoyaraq tərəfdaşlarımız üçün təhlükəsiz və fasiləsiz enerji təchizatının təmin olunmasını davam etdirəcək”.
14 İyul 17:27
1 302
14 İyul 17:26
1 232
14 İyul 15:18
1 393