“AzerGold”: "Filizçay" yatağında hasilat 2029-cu ildə həyata keçiriləcək İqtisadiyyat

“AzerGold”: "Filizçay" yatağında hasilat 2029-cu ildə həyata keçiriləcək

"Filizçay" yatağında hasilatın 2029-cu ildə həyata keçiriləcəyi planlaşdırılır.

Xalqcebhesi.az xəbər verir ki, bunu "AzerGold"un geoloji kəşfiyyat şöbəsinin aparıcı mütəxəssisi Elfaq Məmmədov "Media nümayəndələrinin dağ-mədən sahəsində məlumatlılığının artırılması layihəsi" çərçivəsində keçirilən mediaturda bildirib.

Onun sözlərinə görə, "Filizçay" yatağı kolçedan-polimetal filizlərinin sənaye ehtiyatlarına görə Avropada ən böyük yataqlardan biri sayılır: "Bu layihə "AzerGold"un ən böyük layihələrindən biridir. "Filizçay" zəngin sahədir. Bu yataq 1952-ci ildən məlumdur. "Mazımçay" yatağında isə hasilatın 2029-cü ildə həyata keçiriləcəyi gözlənilir".

O qeyd edib ki, "AzerGold" geoloji-kəşfiyyat işləri zamanı ətraf mühitinin qorunmasına diqqət yetirir.