İsmayıllıda 22 ha biçilməmiş taxıl sahəsi yanıb Hadisə

İsmayıllıda 22 ha biçilməmiş taxıl sahəsi yanıb

İsmayıllı rayonunda yanğın olub.

APA FHN-ə istinadən xəbər verir ki, Kürd Eldarbəyli kəndində 3 ha biçilmiş və 22 ha biçilməmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.