Tramp İrana təşəkkür etdi
17 Aprel 17:29
17 Aprel 17:29
17 Aprel 11:20
24 İyun 2025 19:27
3 052
Lənkəranda su hövzələrində təhlükəsizliyin təmin edilməsi məsələləri müzakirə olunub.
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti “Çimərliklərdə təhlükəsizlik qaydaları” mövzusunda Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Xanbulan kənd inzibati dairəsi üzrə nümayəndəliyində müşavirə keçirib.
FHN-in Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbirdə yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələri, eləcə də kənd sakinləri iştirak ediblər.
Müşavirədə rayon ərazisindəki çimərliklərdə keçirilmiş monitorinqin nəticələri, mövcud vəziyyət, eləcə də çimərliklərdə təhlükəsizlik qaydaları barədə tədbir iştirakçıları geniş məlumatlandırılıb.
Tədbirdə, həmçinin çimərliklərin vəziyyəti, eləcə də əhalinin təhlükəsiz istirahətinin təmin edilməsi üçün görülən işlər və qarşıda duran məsələlər müzakirə olunub.
17 Aprel 17:35
1 393
17 Aprel 17:32
1 414
17 Aprel 16:48
1 505

