13 İyun 10:19
Əraqçi və Qalibaf ABŞ ilə müqavilə imzalamaq üçün Cenevrəyə səfər edəcək
Asiya fond bazarları ABŞ-İran razılaşması gözləntiləri fonunda yüksəlib
Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib
24 İyun 2025 18:00
3 542
“Güzəştli mənzil” sistemi vasitəsilə mənzil seçildikdən sonra onun dəyərini öz vəsaiti hesabına əldə etmək niyyətini bildirmiş ərizəçinin seçdiyi ödəniş üsulunun ipoteka krediti hesabına ödəniş üsuluna dəyişdirilməsinə yol verilməyəcək.
Xalqcebhesi.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda edilən dəyişiklikdə əksini tapıb.
Eyni zamanda elektron kabinet verilmiş şəxsin kabineti aşağıdakı hallarda ləğv ediləcək və həmin şəxsin göstərmiş olduğu vasitələrdən biri ilə (elektron poçt ünvanı, mobil telefon nömrəsi, poçt ünvanı) ona 5 (beş) iş günü müddətində bu barədə məlumat göndəriləcək:
- Azərbaycan Respublikası Prezidentinin müvafiq aktı ilə şəxsin müəyyən edilmiş şəxslər kateqoriyasına aid olması halı ləğv edildikdə;
- elektron kabinet verilmiş şəxsin müəyyən edilmiş şəxslər kateqoriyasına aid olması barədə məlumatlarda təhrifetmə halları məhkəmə tərəfindən müəyyən olunduqda.