

24 İyun 16:11
24 İyun 14:16
24 İyun 13:43
Rusiya Prezidenti Vladimir Putin Rusiyada milli messencer funksiyalarını özündə birləşdirən rəqəmsal xidmətin yaradılması haqqında qanunu imzalayıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiyanın hüquq informasiya portalında məlumat yerləşdirilib.
Yeni qanuna görə, Rusiyada milli rəqəmsal xidmət yaradılır. Milli messencer Rusiya Federasiyası daxilində rus dilində, respublikaların dövlət dillərində yazışma, eləcə də telefon danışıqları üçün mümkün olacaq.
Platforma "Gosuslugi" və Vahid İdentifikasiya və Autentifikasiya Sistemi ilə inteqrasiya olunacaq. Vətəndaşlar öz sənədlərindən məlumat əldə edə biləcəklər. Milli messencer yaradılandan sonra WhatsApp, Teleqram və digər xarici platformaların fəaliyyətinin Rusiya ərazisində tədricən məhdudlaşdırılacağı gözlənilir.