

24 İyun 16:11
24 İyun 14:16
24 İyun 13:43
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İsrail və ABŞ Silahlı Qüvvələrinin İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra region ölkələrində radiasiya təsiri qeydə almadığını bəyan edib.
APA xəbər verir ki, bu barədə agentliyin baş direktoru Rafael Qrossi məlumat verib.
“Əlimizdə olan məlumatlara əsasən, AEBA əminliklə bildirə bilər ki, hücumlar nəticəsində İranla qonşu ölkələrin əhalisinə və ətraf mühitə radiasiya baxımından heç bir təsir qeydə alınmayıb,” – deyə Qrossi vurğulayıb.