Agentlik: Attraksionlar ən azı ildə bir dəfə texniki yoxlamadan keçirilməlidir Cəmiyyət

Agentlik: Attraksionlar ən azı ildə bir dəfə texniki yoxlamadan keçirilməlidir

Attraksionlar attestasiyadan keçmiş attraksion operatoru ilə təmin edilməlidir.

Bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müffətişliyinin rəisi Sahil Mənsimov deyib.

O bildirib ki, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi attraksionların iqstismarı ilə əlaqədar təhlükəsizliyin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir: “Əməkdaşlarımız tərəfindən mütəmadi texniki yoxlamalar aparılır, aşkarlanan qüsurlar barədə aktlar tərtib olunur və bu qüsurların aradan qaldırılması üçün işlərin icrası tərəfimizdən nəzarətə götürülür. Mexanikiləşdirilmiş hər bir attraksion texniki pasportla təmin edilməlidir. Attraksionların istismarı lisenziya tələb edən fəaliyyət növünə aiddir. Hər bir attraksion ən azı 12 aydan bir texniki yoxlamadan keçirilməlidir”.