

24 İyun 16:11
24 İyun 14:16
24 İyun 13:43
Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi vəzifəsi inzibati və yardımçı vəzifələrin birinci təsnifatına əlavə edilir.
APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət qulluğu haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, inzibati və yardımçı vəzifələrin birinci təsnifatının əhatə dairəsi genişlənir.
Qeyd edək ki, Prezident İlham Əliyevin 5 fevral 2025-ci il tarixli sərəncamı ilə Muxtar Babayev Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin olunub.