Kreml İranın AEBA ilə əməkdaşlığı dayandırmaq qərarına münasibət bildirib Dünya

Kreml İranın AEBA ilə əməkdaşlığı dayandırmaq qərarına münasibət bildirib

Kreml İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə əməkdaşlığı dayandırmaq qərarına münasibət bildirib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi belə bir qərarın İrana baş vermiş təxribat hücumunun, nüvə obyektlərinə endirilən zərbələrin birbaşa nəticəsi olduğunu söyləyib.

Qeyd edib ki, bu kifayət qədər görünməmiş bir hadisədir. "Əlbəttə ki, bu vəziyyətdə AEBA-nın reputasiyası ciddi şəkildə zədələnib. Ona görə də sözsüz ki, belə bir vəziyyət narahatlığa səbəb olmaya bilməz. Bizim eşitdiyimiz və gördüyümüz kimi, Amerika ilə İran arasında digər kanallarla təmaslar mövcuddur. Buna görə də, biz bu vəziyyəti diqqətlə izləyirik və Tehrandan olan tərəfdaşlarımızla əlaqələrimizi davam etdiririk”, - Peskov vurğulayıb.

Kremlin sözçüsü İranın nüvə obyektlərinin vəziyyəti ilə bağlı real məlumatların ortaya çıxmasını gözləməyi təklif edib: "Düşünürəm ki, indi heç kimin real məlumatı ola bilməz. Hələ tezdir. Belə məlumatlar ortaya çıxana qədər gözləməliyik"