Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq Hadisə

Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat verir ki, 26 iyun saat 08:00-dan 29 iyun saat 22:00-dək bir sıra ünvanlarda yol təmir işləri aparılacaq:

“APA-Economics” xəbər verir ki, yol təmir işləri aşağıdaki ünvanlarda aparılacaq:

- Səbail rayonu, Badamdar şosesi (20-ci Sahə dairəsindən Şahlar Allahverdiyev küçəsinin kəsişməsinə qədər);

- Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi (Konservatoriyanın qarşısı) və Səməd Vurğun küçəsi (Türkiyə Cümhuriyyəti Səfirliyinin qarşısı);

- Binəqədi rayonu, Ziya Bünyadov prospekti (yan yol, Atatürk prospektindən - Azadlıq prospektinə qədər);

- Nərimanov rayonu, Ziya Bünyadov prospekti (yan yol Azadlıq prospektindən İbrahimpaşa Dadaşov küçəsinə qədər) və Ziya Bünyadov prospekti (Zaur Nudirəliyev küçəsindən Ağasadıq Gəraybəyli küçəsinə qədər);

- Nizami rayonu, Musa Əliyev və Oqtay Vəliyev küçələri (hissə-hissə);

- Yasamal rayonu, Akim Abbasov küçəsi (Həsən bəy Zərdabi küçəsindən Şəfayət Mehdiyev küçəsinə qədər).

Təmir işləri ilə əlaqədar qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaqd (yollar bağlanmır).