Serbiyalı nazir: Serbiya Orta Dəhlizdən maksimum istifadə etməyə çalışır İqtisadiyyat

Serbiyalı nazir: Serbiya Orta Dəhlizdən maksimum istifadə etməyə çalışır

Serbiya Avrasiya dəhlizlərindən, xüsusilə də Orta Dəhlizdən maksimum istifadə etməyə çalışır.

Bunu Serbiyanın daxili və xarici ticarət naziri Yaqoda Lazareviç “See Breeze” də keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı deyib.

“Serbiya marşrutlardan asılıdır. Coğrafi mövqeyimiz yaxşıdır, amma limanlara çıxışımız yoxdur. Son 12 ildə dəmiryolu xətləri, böyük şoselər inşa edirik. Çalışırıq ki, Avropa dəhlizlərinə, oradan da Asiyaya çıxış əldə edək. Asiya ilə əməkdaşlıq qurmaq üçün çalışırıq”- serbiyalı nazir qeyd edib.