

Azərbaycanın 2030 vizionunda təhsilə və startaplara xüsusi önəm verilir.
“APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən I Beynəlxalq İnvestisiya Forumunda çıxış edən Baş nazirin müavini Samir Şərifov deyib.
Onun sözlərinə görə, forumun proqramında rəqəmsal transformasiya üzrə panel xüsusilə önəmlidir və burada Azərbaycanın bu sahədə təşəbbüsləri təqdim olunacaq.
S.Şərifov qeyd edib ki, Azərbaycanda biznes inkubatorları, startaplara dövlət dəstəyi proqramları, həmçinin təhsilə yatırımlar həyata keçirilir. Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan 2030” vizionunda təhsil hökumətin əsas prioritet istiqamətindən biri kimi müəyyənləşdirilib.