Dünya fond bazarlarının əsas indeks göstəriciləri İqtisadiyyat

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Amerika fond bazarlarında Dow Jones indeksi0,67% artaraq 47 427,12 bəndə yüksəlib. "S&P 500" indeksi 0,69% artım göstərərək 6 812,61 bənd, "Nasdaq Composite" isə 0,82% artaraq 23 214,69 bənd olub.

“APA-Economics” xəbər verir ki, Avropa bazarlarında da müsbət dinamika davam edib.

"Euro Stoxx 50" indeksi 1,47% artaraq 5 655,58 bəndə çatıb. Böyük Britaniyanın "FTSE 100" indeksi 0,85% artımla 9 691,58 bənd təşkil edib. Almaniyanın "DAX" indeksi 1,11% yüksələrək 23 726,22 bənd, Fransanın "CAC 40" indeksi isə 0,88% artımla 8 096,43 bənd olub. İspaniyanın "IBEX 35" indeksi günün ən yüksək artımını göstərib – 1,36% (16 361,10 bənd).

Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0,07% artaraq 1.1603 dollar təşkil edib.