25 Noyabr 14:38
25 Noyabr 14:23
20:16
357
Qvineya-Bissau prezidenti Sissoko Embalo həbs edilib.
APA xəbər verir ki, bu barədə prezidentin özü “Jeune Afrique” nəşrinə məlumat verib.
Məlumata görə, çevriliş ordu və daxili işlər nazirliyi tərəfindən təşkil edilib.
Prezident ölkədə hökumət çevrilişi baş verdiyini və onunla birlikdə silahlı qüvvələrin Baş qərargah rəisi, daxili işlər naziri və bir sıra digər şəxslərin həbs olunduğunu bildirib.
Embalo çevriliş zamanı özünə qarşı hər hansı bir zorakılıq törədilmədiyini deyib.
Qeyd edək ki, Qvineya-Bissauda ötən bazar günü prezident seçkiləri keçirilmiş və Sissoko Embalo özünün 65% faiz səs topladığını bildirmişdi.
Lakin onun rəqibi Fernando Dias De Kosta da qələbə elan edib, baxmayaraq ki, səslər noyabrın 27-ə qədər hesablanma prosesindən keçir.