DİN: Azərbaycanın klassik IT təhlükəsizlik sistemi artıq nəticə vermir İqtisadiyyat

DİN: Azərbaycanın klassik IT təhlükəsizlik sistemi artıq nəticə vermir

Azərbaycanın klassik IT təhlükəsizlik sistemi artıq nəticə vermir. İmza əsaslı təhlükəsizlik sistemlərimiz artıq bizim süni incəliklə gücləndirilmiş, avtomatlaşdırılmış və insan psixologiyasını manipulyasiya edən kibertəhdidlər və kibethücumlarla mübarizə apara bilmir.

Bu barədə Bakıda keçirilən “2-ci Beynəlxalq Caspian Innovation Forumun”da Daxili İşlər Nazirliyinin İnformasiya və Kibertəhlükəsizlik şöbəsinin rəisi Hikmət Məmmədov deyib.

O qeyd edib ki, bu səbəbdən Azərbaycanda texnoloji və süni intellekt əsaslı infrastruktur qurulur:

“Texnoloji inkişaf olmadan kibertəhlükələrlə mübarizə aparmaq mümkün deyil”.

Hikmət Məmmədov kibertəhlükələrlə mübarizə üsullarına kiberdavamlılığı da misal göstərib:

“Kiberdavamlılıq bizə hücumun olub-olmayacağını araşdırır. Bəli, hücumlar baş verəcək. Hər kəs hücuma məruz qalacaq, bəziləri bunu hiss edəcək, bəziləri hiss etməyəcək. Bu hücumun qarşılığında göstərdiyimiz xidmətlər davam edəcəkmi? Bizim kibertəhdidlərə cavab modelimiz sistemlərimizin davamlılığı ilə ölçülür.

Üçüncü model və burada ən kritik olan insan faktorunun idarə olunmasıdır. İnsan faktoru ən təhlükəli modeldir. İnsanların manipulyasiya edilməsi ilə qurduğumux süni intellekt əsaslı sistemlər belə ram edilə bilər. Düşünürəm ki, iri miqyaslı təlimlərin keçirilməsi, təşkilatlarda praktik təlimlərin keçirilməsi əməkdaşlarımızın bu hücumlara qarşı daha hazırlıqlı olmağına gətirib çıxaracaq”.