Zelenski Rubiodan "Starlink"ə girişin bərpasını və "Patriot" raketlərini istəyib
Azərbaycanda dövlət qurumlarının süni intellekt sistemləri təhlükəsizlik auditindən keçiriləcək
Fransada iğtişaşlar səbəbindən komendant saatı tətbiqi davam etdiriləcək
Azərbaycanda süni intellektin təhlükəsiz tətbiqi ilə bağlı yeni tələblər qəbul olunacaq
Qismən yenilənmiş Radiorabitə Reqlamenti Azərbaycanın bəyanatı ilə təsdiq ediləcək
26 Noyabr 2025 17:24
2 401
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev “Özbəkistan-Fransa Universitetinin yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
Bu qərara əsasında Özbəkistan qanunvericiliyinin tələbləri və Fransa universitetləri konsorsiumunun tövsiyələrinə uyğun fəaliyyət göstərəcək birgə universitet yaradılacaq.
Universitet əvvəlcə magistratura, daha sonra isə pilləli olaraq bakalavr və doktorantura pilləsi üzrə kadrlar hazırlayacaq. Universitetə qəbul üçün hazırlıq kursu da tətbiq olunacaq.
Təhsil prosesi ünvanlı dövlət qrantı və ödənişli müqavilə əsasında həyata keçirilir. Məzunlara universitet diplomu və ya Fransada akkreditə olunmuş təhsil proqramları konsorsiumuna daxil olan müvafiq Fransa universitetinin diplomu veriləcək.
Məzunlara verilən diplom Özbəkistanda tanınacaq.