26 Noyabr 23:38
08:09
350
Rusiya-Ukrayna müharibəsinin uzandığı, regional güc balansının dəyişdiyi və qlobal təhlükəsizlik arxitekturasının yenidən formalaşdığı bir mərhələdə Türkiyənin vasitəçilik potensialı həm region, həm də dünya üçün getdikcə daha əhəmiyyətli aktora çevrilir.
Bunu xalqcebhesi.az-a siyasi şərhçi Mürtəza Bünyadlı deyib.
"Son illər Ankara qlobal və regional geosiyasi proseslərdə aktiv iştirak etməklə sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar olunmasında aparıcı rolunu möhkəmləndirib.
Bu kontekstdə ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına yönəlmiş yeni sülh planının reallaşmasında Türkiyənin rolu həm real, həm də strateji baxımdan zəruridir" - politoloq deyib.
O, qeyd edib ki, müharibənin ilk günlərindən etibarən Ankara həm Moskva, həm də Kiyevlə dialoqu itirməyən yeganə NATO ölkəsi olaraq münaqişənin diplomatik həlli istiqamətində ardıcıl və praqmatik siyasət yürüdüb:
"Ankara davamlı olaraq Kiyevlə Rusiya arasında vasitəçi rolunda çıxış edib. Ankara Kiyevlə Moskva arasında hərbi əsirlərin dəyişdirilməsində də xüsusi xüsusi rola malikdir. Ankara Rusiya ilə Ukrayna arasında tam aktiv rolda olmasa da vasitəçilik rolunda çıxış etməklə ciddi prkatik nəticələrin əldə edilməsinə nail olub. Mıəhz bu səbəbdən bütün tərəflər Ankaranın vasitəçilik roluna böyük önəm verir və onun nəticələrinə inanırlar".
Cavid
26 Noyabr 23:38
931
26 Noyabr 23:35
959
26 Noyabr 23:32
945