11:47
574
Hesablama Palatası Dövlət Neft Fondunun 2026-cı il büdcəsinin layihəsinə rəy verib.
Bu barədə “APA-Economics”ə Hesablama Palatasından bildirilib.
Qeyd edilib ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2026-cı il büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi (Rəy) “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununun 27.7-ci maddəsinə, “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununun 7.0.1-ci maddəsinə və “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”nın (Qaydalar) 4.1-ci bəndinə müvafiq olaraq hazırlanıb.