28 Avqust 14:41
28 Avqust 13:48
Əlcəzairdə son 24 saatda baş verən 174 yanğından 64-ü davam edir
Türkiyə səfirliyində 30 avqust - Zəfər bayramı münasibətilə tədbir keçirilib
Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi: Özbaşına tikintiyə mülkiyyət hüququ yaranmır -MÜSAHİBƏ
İşğaldan azad edilmiş ərazilərdə daha 40-dək şəxs üçün kiçik ailə biznesləri yaradılıb
12 Yanvar 12:59
3 241
“ABŞ prezidenti Donald Tramp İranda etirazçıların öldürülməsinə görə müdaxilə ediləcəyinə dair bir neçə dəfə xəbərdarlıq edib. Artıq 500 nəfərdən çox insanın öldüyü haqda məlumatlar yayılsa da, ABŞ-nin gözləmə mövqeyi bir sıra səbəblərdən qaynaqlana bilər”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu analitik Asif Nəırimanlı deyib:
“1. Vaşinqton hərbi müdaxilənin əks-effekt verə biləcəyindən – “xarici müdaxilə” qarşısında etirazların səngiməsindən ehtiyatlanır və prosesin tam “yetişməsini”, Trampın dediyi kimi, “kimin önə çıxacağını görmək” üçün gözləyir: etirazların ilk günlərində xarici müdaxilə rejimin “əlinə oynamaq” kimi görünürdüsə, repressiyaların güclənməsi fonunda bu mənzərə dəyişir, rejimə hərbi hücum etirazçılar tərəfindən dəstəklənə bilər;
2. ABŞ-nin İranın hərbi müdaxiləyə cavabını proqnozlaşdırmaq çətinliyi ola bilər: 12 günlük müharibəyə qədər Tehranın “qisas hücumu” ənənəvi olaraq, Vaşinqtonla razılaşdırılmış və idarəolunan formada baş verirdi. Lakin mövcud vəziyyətdə seçimi qalmayan rejim “tarana gedəcək” ki, bu da həm bölgədəki ABŞ bazalarına, həm də İsrailə risklər yarada bilər.
Lakin rejimi dəyişmək imkanının yaranması fonunda ABŞ-nin hərbi müdaxilə ssenarisini işə salacağı ehtimalı hər keçən gün artır. Mümkündür ki, Vaşinqton beynəlxalq legitimliyi tam qazanmaq üçün “qaçılmaz vəziyyətin” formalaşmasını gözləyir.
ABŞ üçün etirazçıları qorumaq və onların dəstəyini qazanmaq məqsədilə İrana mümkün hərbi müdaxilədə iki hədəf - SEPAH da daxil olmaqla etirazçılara qarşı zorakılıq törədən təhlükəsizlik qüvvələri və hərbi rəhbərlik, prioritet ola bilər”.
28 Avqust 22:25
819
28 Avqust 21:51
882
28 Avqust 19:05
973