10:57
686
Bəzi ABŞ administrasiyasının rəsmiləri hesab edirlər ki, ABŞ-ın İrana hər hansı bir müdaxiləsi Yaxın Şərqdə yeni bir münaqişə mərhələsinə səbəb olacaq.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "The Wall Street Journal" qəzeti məlumat yayıb.
Onların sözlərinə görə, Ağ Ev "ABŞ-ın istənilən cavabının regionda gərginliyi artıra biləcəyindən, potensial olaraq ABŞ, İran və ehtimal ki, İsrail arasında birbaşa qarşıdurmaya səbəb ola biləcəyindən" narahatdır.
“The Wall Street Journal” qəzetinin əvvəllər xəbər verdiyi kimi, ABŞ prezidenti Donald Tramp 13 yanvarda dövlət katibi Marko Rubio, Pentaqon rəhbəri Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn ilə İrana qarşı mümkün tədbirləri, o cümlədən hərbi hücumlar, kiberhücumlar və yeni sanksiyaları müzakirə edəcək. Yanvarın 10-da Tramp bildirib ki, ABŞ İrana "azadlıq axtarışında" kömək etməyə hazırdır.
Məryəm Quliyeva