Nigeriyada faciəvi qəza: çox sayda ölən var Dünya

Nigeriyada faciəvi qəza: çox sayda ölən var

Nigeriyanın paytaxtı Abujanın yaxınlığında idarəetmədən çıxan yük maşınının park edilmiş avtomobillərə çırpılması nəticəsində 12 nəfər həyatını itirib.

Xalqcebhesi.az Nigeriya Milli Yol Təhlükəsizliyi Korpusuna (FRSC) istinadən xəbər verir ki, hadisə dünən yerli vaxtla saat 11:45 radələrində Abuca–Lokoja avtomobil yolunun Gada Biyu ərazisində baş verib. Bildirilib ki, sürücüsünün nəzarəti itirdiyi kömür yüklü yük maşını park halında olan 3 avtomobilə çırpılıb. Qəza nəticəsində 12 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.

Rəsmilər qəzanın yüksək sürət səbəbindən baş verdiyini qeyd ediblər. Yaralılar müalicə üçün xəstəxanaya çatdırılıb.

Məryəm Quliyeva