SEPAH ABŞ pilotunu əsir götürüb
3 Aprel 17:30
3 Aprel 17:30
3 Aprel 17:02
İsrail Parlamentinin fələstinlilərə ölüm hökmü tətbiq etmək qərarı pislənilib
ABŞ-a məxsus F-15 qırıcısının vurulması ilə bağlı Trampa məlumat verilib
Azərbaycan və Uqanda arasında siyasi məsləhətləşmələr keçirilib
İsrail ordusu Livanda Hizbullah hədəflərinə zərbələr endirib
İran XİN Şirazda vurulan dronlara görə region ölkələrini günahlandırıb
17 Fevral 10:41
2 366
Azərbaycanın dövlət və xarici maliyyə göstəriciləri ümumilikdə qənaətbəxş qiymətləndirilir.
“APA-Economics” xəbər verir ki, bu barədə dünyanın aparıcı sığorta və aktiv idarəetmə şirkəti "Allianz Group"dan bildirilib.
Qeyd edilib ki, fiskal və cari əməliyyatlar hesabı üzrə profisitlər azalsa da, hələ də müsbət olaraq qalmaqdadır: "Fiskal profisitin 2026-cı ildə ÜDM-in təxminən 2%-i səviyyəsinə qədər azalacağı gözlənilir. Bu, neft gəlirlərinin zəifləməsi və sosial xərclərin artması ilə bağlıdır".
"Allianz" həmçinin qeyd edib ki, ölkənin bank sektoru sabitdir və kredit artımı biznes fəallığını dəstəkləyir. Bununla belə, maliyyələşmə xərclərinin yüksəlməsi bankların gəlirliliyinə təzyiq göstərir.
Şirkət həmçinin, vurğulayıb ki, şirkətlərin iflas olması bağlı göstəricilərdə ciddi artım qeydə alınmayıb. Lakin investisiyaların zəifləməsi və qlobal maliyyə şərtlərinin sərtləşməsi korporativ defolt risklərini yüksəldə bilər: "Bu risk xüsusilə kiçik şirkətlər arasında daha qabarıq ola bilər. Bundan əlavə, neft qiymətinin təxminən 60 ABŞ dolları/barel səviyyəsində qalması enerji sektorunda təchizatçılara ödənişlərin gecikməsi ilə nəticələnə bilər. Xarici borc aşağıdır (ÜDM-in 10%-indən az) və suveren risklər məhdud səviyyədədir. Bununla belə, fiskal və ixrac gəlirlərində karbohidrogenlərdən asılılıq struktur zəiflik olaraq qalmaqdadır".
3 Aprel 17:40
1 225
3 Aprel 16:45
1 169
3 Aprel 14:47
1 253