29 Aprel 12:43
29 Aprel 12:35
Pentaqon Minabda qızlar məktəbinin vurulması ilə bağlı araşdırmanı davam etdirir
Mir Cəlal Paşayevin doğum gününə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib
Pentaqon: ABŞ Ukrayna ordusuna kəşfiyyat məlumatı verməyə davam edir
ABŞ-ın müharibə naziri ilə Adam Smit arasında İranla bağlı gərgin müzakirə aparılıb
13 Mart 13:40
3 633
Azərbaycan coğrafi mövqeyinə görə Şimal və Cənub, Şərq və Qərb arasında əlaqələrin gücləndirilməsi baxımından mühüm rol oynayır.
APA xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov XIII Qlobal Bakı Forumunda Orta Dəhlizlə bağlı keçirilən panel müzakirədə bildirib.
O qeyd edib ki, Azərbaycan regional dəhlizlərə investisiyalar yatırır: “Prezident İlham Əliyevin uzaqgörən siyasəti ilə ölkəmiz regional dəhlizləri inkişaf etdirir. Dəhlizlər təkcə yük daşımalar deyil, həm də enerji və rəqəmsal əlaqələr baxımından mühümdür”.
Şahmar Mövsümov qeyd edib ki, Azərbaycan Cənub Qaz Dəhlizi, TAP və TANAP-la 16 ölkəyə təbii qaz ixrac edir.
Prezidentin köməkçisi Azərbaycanın həyata keçirdiyi digər əməkdaşlıq layihələri barəsində danışıb və Bakının Orta Dəhlizin şaxələndirilməsinə verdiyi töhfəyə diqqət çəkib.
29 Aprel 17:18
1 323
29 Aprel 17:14
2 667
29 Aprel 17:01
1 344