17:56
679
Daşınmaz əmlak bazarında son aylarda müşahidə olunan canlanma bir neçə əsas amillə bağlıdır.
Bu fikirləri “xalqcebhesi.az”-a açıqlamasında əmlak eksperti Elnur Azadov deyib.
Onun sözlərinə görə, son 1–2 ayda bazara təsir edən əsas amillərdən biri ipoteka proqramlarının aktivləşməsidir: “2026-cı il üçün ayrılmış ipoteka vəsaitlərinin təsdiqlənməsi və prosesin başlaması xüsusilə ipoteka seqmentində alqı-satqı aktivliyini artırıb. İkinci mühüm faktor şəhərin mərkəzində həyata keçirilən söküntü və yenidənqurma layihələridir. Bayır Şəhər” və Mərkəzi Parkın genişləndirilməsi, eləcə də Nərimanov prospekti ətrafında aparılan söküntülər bazara birbaşa təsir göstərir. Bildirilib ki, bu çərçivədə vətəndaşlara kvadratmetrə görə təxminən 2700 manat kompensasiya ödənilir və bu proses bazara əlavə maliyyə axını yaradır.
Ekspertin sözlərinə görə, kirayə bazarında da canlanma müşahidə olunur: “Pilot layihələr çərçivəsində mərkəz ərazilərdə aparılan söküntülər kirayə təklifini azaldıb və bu da qiymətlərin artmasına səbəb olub. Hazırda şəhərin bir neçə nöqtəsində söküntü işləri davam edir və bu tendensiya bazara təsirini göstərməkdədir. Ümumi qiymət artımının əsas səbəblərindən biri də son illərdə tikinti şirkətləri arasında rəqabətin zəifləməsi və bazarda mənzil qıtlığının yaranmasıdır. Son 5 ildə daşınmaz əmlak qiymətləri təxminən 70 faiz artıb”.
Günel Elxan
17:52
721
17:34
728
17:09
812