10:45
350
“Bəşər Əsəd rejimi devrildikdən sonra Suriyada hakimiyyətə gələn yeni qüvvələrin Türkiyə ilə yaxın əlaqələri İsrail tərəfindən ciddi narahatlıqla izlənilir və bu, birinci hal deyil ki, İsrail tərəfindən Suriya ərazisində yerləşən hərbi hissələr bombardman edilir. Həmin hissələrin Suriya hökuməti tərəfindən Türkiyəyə hərbi baza məqsədi ilə veriləcəyinə işarə edilərək belə bir addım atılır”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib.
Siyasi şərhçi bildirib ki, yenidən bu məsələnin aktuallaşması heç şübhəsiz ki, İsraildə baş tutacaq seçkilər ərəfəsində Türkiyəni və Türkiyə Prezidentini özünə düşmən elan edən İsrail hakimiyyətinin Baş naziri Netanyahunun seçki strategiyası kimi də qiymətləndirilə bilər: “Düşünmürəm ki, İsrail Türkiyə ilə aktiv hərbi əməliyyatlara gətirib çıxaracaq dərəcədə bu gərginliyin inkişafında maraqlı olsun. İranla müqayisədə İsrail tərəfi də fərqindədir ki, Türkiyə kifayət qədər modern və müasir hərbi gücə malikdir. Əgər belə bir aktiv hərbi qarşıdurma baş verirsə, bu, İsrail tərəfi üçün son dərəcə nəticələri ağır və hətta ölümcül ola biləcək bir məğlubiyyətlə başa çata bilər. Doğrudur, qardaş Türkiyənin də bu müharibə baş verəcəyi təqdirdə itkiləri çox ola bilər. Yəni birbaşa İsrail tərəfindən atılan raketlərin və həyata keçirilən digər hava zərbələrinin təsiri ilə yanaşı, Avropa dövlətlərinin Türkiyəyə qarşı sanksiyalardan tutmuş digər təzyiq vasitələrinə qədər müxtəlif addımlar atması da Türkiyə üçün heç də arzuolunan nəticə olmaya bilər”.
Röya İsrafilova
09:32
483
08:07
532
20 Avqust 20:04
959