Ukrayna Rusiyanın nəqliyyat və strateji obyektlərini vurub Gündəm

Ukrayna Rusiyanın nəqliyyat və strateji obyektlərini vurub

Ukrayna cəbhə xəttindən 1000 kilometr məsafədə yerləşən Rusiya Federasiyasının Yaroslavl vilayətindəki neft emalı zavodunu, həmçinin Engels aerodromundakı Tu-95MS raketdaşıyıcısını vurub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenskinin bəyanatında deyilir.

"Bu sutka ərzində Ukrayna Müdafiə Qüvvələrinin döyüşçüləri Yaroslavl regionundakı neft emalı zavodunu vurublar. Məsafə — cəbhə xəttindən 1000 kilometrdir. Qara dənizdə də Rusiyanın müharibəsinə cavab olaraq ədalətli addımlarımız olub", — deyə dövlət başçısı qeyd edib.

Prezident həmçinin bildirib ki, Ukrayna Təhlükəsizlik Xidmətinin (UXT) "Alfa" xüsusi təyinatlı bölməsinin döyüşçüləri Engels aerodromunda Rusiyanın Tu-95MS strateji raketdaşıyıcısını sıradan çıxarıblar. O vurğulayıb ki, Ukraynaya zərbələr endirən məhz bu cür təyyarələrdir.

Məryəm Quliyeva