ABŞ, Cənubi Koreya və Yaponiya genişmiqyaslı təlimlərə başlayır Dünya

ABŞ, Cənubi Koreya və Yaponiya genişmiqyaslı təlimlərə başlayır

ABŞ, Cənubi Koreya və Yaponiya sentyabrın 7-dən 11-dək Çecudo adasından şərqdə və cənubda yerləşən beynəlxalq sularda "Freedom Edge" adlı miqyaslı üçtərəfli hərbi təlimlər keçirəcək.

Xalqcebhesi.az "Korea Herald"a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Qərargah Rəisləri Birgə Komitəsi (JCS) məlumat yayıb.

JCS-dən bildirilib ki, təlimlər müstəsna olaraq müdafiə xarakteri daşıyacaq. Onların əsas məqsədi Şimali Koreyadan gələn nüvə və raket təhdidlərinə qarşı mübarizə aparmaq, həmçinin regionda sülh və sabitliyi qorumaq olacaq.

Məryəm Quliyeva