13:53
182
Azərbaycanın energetika naziri Pərviz Şahbazov bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli ilə AÇG-nin dərin qaz ehtiyatlarının işlənilməsi, “Şahdəniz” və “Qarabağ” layihələrinin inkişafı məsələlərini müzakirə edib.
Bu barədə Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Bildirilib ki, görüşdə, həmçinin bp-nin enerji infrastrukturunun elektrikləşdirilməsi və bərpaolunan enerji sahəsində əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.