“Dünya Bankının hesabatında Azərbaycan MDB ölkələri arasında ən yaxşı göstəriciyə malikdir” İqtisadiyyat
Vüqar Bayramov: "Ölkəmizin mövqeyinin güclənməsi, qeyd etdiyimiz 8 islahatla bağlıdır"
Dünya Bankı tərəfindən hazırlanan "Doing Business – 2019" reytinq cədvəlində Azərbaycan 32 pillə irəliləyərək 190 ölkə arasında 57-ci yerdən 25-ə yüksəlib. "Doingbusiness.org" xəbər verir ki, 190 ölkə arasında Azərbaycan biznes və həyatın 11 sahəsində müxtəlif göstəricilər üzrə ən yaxşılardan biri seçilib. Hesabatda qeyd olunub ki, 190 ölkə sırasında iqtisadiyyatlarında ən çox nəzərəçarpan irəliləyişin olduğu 10 ölkədən biri Azərbaycandır. Bu onluğa Azərbaycanla yanaşı, Çin, Türkiyə, Hindistan və digər ölkələr də daxil olublar. Reytinq cədvəlinə əsasən, Azərbaycan xarici şirkətlərin rahatlıqla və heç bir süni əngəl olmadan biznes qura biləcəkləri ən yaxşı 9-cu ölkədir.
Qeyd edək ki, cədvəldə Türkiyə 43, Ermənistan isə 41-ci yerdə qərarlaşıb.
Deputat Aydın Mirzəzadə deyib ki, Dünya Bankının məşhur "Doing Business 2019" hesabatında ölkəmizin yüksək qiymətləndirilməsi, Azərbaycanda aparılan ardıcıl islahatların nəticəsidir. O bildirib ki, Prezident İlham Əliyevin Azərbaycanın daha güclü etmək, iqtisadiyyatımızı günün tələblərinə cavab verən səviyyəyə qaldırmaq üçün atdığı addımlar öz nəticəsini verir. A. Mirzəzadə söyləyib ki, bu gün Dünya Banının hesabatında Azərbaycanın bütün sahələr üzrə islahatlar aparan ölkələr arasında 25-ci yer tutması yüksək göstəricidir: " Mən deyərdim ki, əgər Azərbaycanın işğal edilən torpaqları olmasa idi, əgər ölkəmizin 1 milyondan çox qaçqın və məcburi köçkünü olmasa idi, göstəricilərimiz daha yaxşı ola bilərdi. Amma bununla belə hər bir sahədə islahatların aparılması, onların konkret nəticələr verməsi, beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir ".
Deputat hesab edir ki, növbəti illərdə bu göstərici daha da yüksək olacaq.
İqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, Dünya Bankının məşhur "Doing Business 2019" hesabatında Azərbaycan qlobal olaraq 25-ci olmaqla, MDB ölkələri arasında ən yaxşı göstəriciyə malikdir. Belə ki, həmin hesabatda Qazaxıstan 28, Belarus 37, Ermənistan 41, Moldova 47, Qırğızıstan 70, Ukrayna 71, Özbəkistan 76-cı, qonşu Türkiyə 46-cı yerdədir. Eyni zamanda Azərbaycan 2017 -2018-ci illərdə ən çox islahat aparan 10 ölkədən biridir". O bildirib ki, aparılan islahatların sayına görə, ölkəmiz sözügedən dövrdə birinci yerdədir: "Belə ki, ölkəmiz 8 islahat aparıb, qonşu Türkiyə isə 7 islahatla 2-ci yerdə qərarlaşıb. Ölkəmizin mövqeyinin güclənməsi, qeyd etdiyimiz 8 islahatla bağlıdır. Bu həm Bakı şəhər İcra Hakimiyyətində inşaat üçün icazənin verilməsi ilə bağlı prosedurun sadələşdirilməsi, bir pəncərə sisteminin tətbiq edilməsi ilə bağlıdır. Bu sistemin tətbiq edilməsi praktiki olaraq daha qısa zamanda icazənin əldə edilməsinə şərait yaradır ki, bu da icazələrin sayının 80 gün, icazə üçün tələb olunan məbləğin 12 min 563 manat, təxminən 7500 dollar azalmasına gətirib çıxarıb".
Ekspert söyləyib ki, digər islahat "ASAN Xidmət" vasitəsilə elektrik enerjisinə çıxış imkanlarının artırılması ilə bağlıdır ki, bu da məhz Azərbaycanın mövqeyinin sözügedən hesabatda möhkəmlənməsinə təsir edən faktlardan biridir.
V. Bayramov vurğulayıb ki, daşınmaz əmlakın qeydiyyatı prosesinin asanlaşdırılması, şəffaflığın gücləndirilməsi və daha asan prosedurların tətbiq edilməsi də, ölkəmizin mövqeyinin yaxşılaşdırılmasına daxil olan islahatlardan biridir: "Kreditə çıxış imkanlarının gücləndirilməsi, xüsusilə də kredit bürolarının yaradılması ölkəmizin mövqeyinə birbaşa təsir göstərir. O cümlədən investorların hüquqlarının qorunması ilə bağlı qaydaların təkmilləşdirilməsi, xüsusilə də kiçik payı olan səhmdarların hüquqlarının qorunması mexanizminin işlənməsi Azərbaycanda aparılan islahatlardan biridir. Vergi ödənişlərinin sadələşdirilməsi, asanlaşdırılması istiqamətində atılan addımlar da ölkəmizin mövqeyinə birbaşa təsir göstərib".
Azərbaycanda xarici ticarət əməliyyatlarında yaşıl dəhlizin tətbiq edilməsinin ölkəmizin hesabatdakı mövqeyinin möhkəmləndirilməsinə xidmət etdiyini deyən iqtisadçı-ekspert deyib ki, müflisləşmə ilə bağlı prosedurların sadələşdirilməsi və əmək bazarında yeni qaydalar da ölkəmizin mövqeyinə birbaşa təsir edib: " Praktiki olaraq Azərbaycan bu kontekstdən ötən il dünyada ən çox islahat aparan ölkə statusunu qoruyub saxlayıb. Eyni zamanda biz hesabata əsasən, Dünya Bankının qiymətləndirməsinə uyğun olaraq, ölkəmizin hesabatla bağlı mövqelərinə diqqət etsək, burada diqqəti çəkən məqamlardan biri biznesə başlamağa görə Azərbaycanın 9-cu yerdə, yəni ilk onluğa daxil olduğunu görərik. Burada tələb edilən günlərin sayı 3.5, tələb edilən xərc adambaşına düşən kapitalın 1.3 faizidir və minimum kapital tələb olunmur. Eləcə də daşınmaz əmlakın qeydiyyatına görə, Azərbaycan il 20-yə daxildir. Ölkəmiz bu göstərici üzrə 17-cidir. Tələb edilən prosedur 3, günlərin sayı 5.5-dir. Bu da təbii ki, ölkəmizin mövqeyinin möhkəmlənməsinin səbəblərindən biridir".
Ekspert qeyd edib ki, kreditlərə əlçatanlığın təmin edilməsinə görə Azərbaycanın dünyada 22-ci olması kifayət qədər ciddi rəqəmdir: "Xüsusilə də leqal hüquqların qorunmasında da Azərbaycanın mövqeyinin güclənməsi diqqəti çəkən məqamlardan biridir. Az səhmə malik olan investorların hüquqlarının qorunmasına görə, ölkəmiz 2-cidir. Bu göstərici ilə Azərbaycanın balı 100 ballıq sistemdə 81.67 bal kimi göstərilir ki, bu da kifayət qədər ciddi rəqəmdir. Vergi ödənişlərinə görə, ölkəmiz 28-cidir ki, bu da mövqeyimizin güclənməsinə səbəb olan amillərdən biridir".
V.Bayramov əlavə edib ki, təqdim olunan hesabata əsasən məlum olur ki, Azərbaycanın gələcəkdə 3 istiqamət üzrə mövqeyinin yaxşılaşdırılmasına ehtiyac var: " Bu, xarici ticarət əməliyyatları, tikintiyə icazənin verilməsi ilə bağlı qaydalarının daha da sadələşdirilməsi, eyni zamanda elektrik enerjisinə çıxış imkanlarının artırılmasına dair mexanizmlərin sadələşdirilməsi gələcəkdə ölkəmizin mövqeyinin daha da yaxşılaşmasına gətirib çıxara bilər. Bütövlükdə hesabat son illər Azərbaycanda aparılan islahatların nəticə etibarı ilə ölkəmizin dünyanın ən aparıcı hesabatında mövqeyinin kəskin möhkəmlənməsinə gətirib çıxardığını göstərir. Eyni zamanda aparılan islahatlara beynəlxalq qiymət kimi xarakterizə olunmalıdır. Praktiki olaraq xüsusi olaraq 2004-cü ildən dərinləşən islahatlar ölkəmizin beynəlxalq hesabatlarda mövqeyinin daha da yaxşılaşmasına, son illər hazırlanan hesabatlarda Azərbaycanın daha da güclənməsinə gətirib çıxarıb".
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib ki, iqtisadiyyat sağlam özəl sektor olmadan inkişaf edə bilməz: "Özəl sektor inkişaf etdikcə yeni iş yerləri yaranır, ölkə daxilində xərclənən və investisiya qoyula biləcək gəlir yaranır. İqtisadi inkişafa diqqət yetirən hər bir ölkə kiçik və orta sahibkarlıq subyektlərinin inkişafına təsir edə biləcək qanunların qəbul olunmasına və tənzimləmələrin tətbiqinə xüsusi diqqət yetirirlər. Səmərəli biznes tənzimləmələri mikro və kiçik sahibkarlara böyümək, innovativ fəaliyyət göstərmək və qeyri-qanuni fəaliyyətdən qanuni fəaliyyətə keçmək üçün imkan və stimul yaradır. Qanuni fəaliyyətlə məşğul olmaq asanlaşdıqca qeyri-qanuni fəaliyyət göstərmək çətinləşir və ya əksinə". O qeyd edib ki, Dünya Bankının dərc etdiyi "Doing Business 2019" hesabatı 190 ölkədə sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı olan qanunverici aktların və onların tətbiq olunmasını obyektiv olaraq qiymətləndiməyə imkan verir:
"Hesabat 11 indikator üzrə ölkələri təhlil etsə də, reytinq cədvəlində 10 indikatorun (əmək bazarının tənzimlənməsi indikatoru istisna olmaqla) göstəricilərindən istifadə olunur. "Doing Business 2018" hesabatında 57-ci yerdə qərarlaşan Azərbaycan "Doing Business 2019" hesabatında 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşıb. Qeyd etmək lazımdır ki, Azərbaycan hesabat indikatorları üzrə göstəricilərini ən çox yaxşılaşdıran dünyanın 10 ölkəsindən biri olub. Bu TOP-10 ölkələr əsasən biznesə başlamaq, kredit əldə etmək və vergi ödəmək sahələrində 62 islahat həyata keçiriblər. Bundan əlavə, Azərbaycan hesabatın 10 indikatorundan 8-də islahatlar həyata keçirərək öz mövqelərini yaxşılaşdırıb və islahatların sayında görə dünyada birinci olub".
T.Mirkişilinin sözlərinə görə, Bakı şəhər İcra Hakimiyyətində tikintiyə icazələrin "bir pəncərə" prinsipi ilə verilməsi, elektrik şəbəkəsinə qoşulmaları azaldan "ASAN Kommunal" mərkəzlərinin açılması, yeni kredit bürosunun yaradılması kimi tədbirlər ölkəmizin hesabatda mövqelərini xeyli yaxşılaşdırıb".
Milli Məclisin üzvü daha sonra deyib:"Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi və institutsional islahatlar ölkəmizdə sahibkarlıq mühitini getdikcə daha əlverişli etməkdədir. Dünya Bankının apardığı təhlillərin nəticələri bunu bir daha göstərir. İslahatların dərinləşməsı və əhatəliliyinin artması ölkəmizdə biznes mühitini daha da inkişaf etdirməklə əhalini rifah halının daha da yaxşılaşmasına imkan yaradacaq".